ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı şərəfinə verilən axşam yeməyində təqdim olunan təamların siyahısı məlum olub.
Moderator.az xəbər verir ki, məlumatı "The Guardian" qəzeti paylaşıb.
Ziyafət zamanı dövlət başçılarına pomidor şorbası ilə omar, qızardılmış dana qabırğası, Pekin üsulu ördək və bişmiş mövsüm tərəvəzləri təqdim edilib. Menyuya, həmçinin xardal sousunda vam odda hazırlanmış qızılbalıq, donuz ətli bulka və balıqqulağı şəklində bişintilər daxil edilib.
Nəşrin diqqət çəkdiyi məqamlardan biri də odur ki, ziyafət zamanı Tramp adət etmədiyi qidaları yemək məcburiyyətində qalıb. Məlum olduğu kimi, ABŞ lideri daha çox "McDonald's" restoranlarının hamburger və qızardılmış kartofunu xoşlaması ilə tanınır.
Qeyd edək ki, Donald Tramp Çinə mayın 13-də rəsmi səfər edib. O, Si Cinpin ilə ikitərəfli danışıqlar aparıb. Ağ Ev rəhbəri sonradan bu görüşü "möhtəşəm" adlandıraraq yüksək qiymətləndirib. ABŞ prezidenti Çinin füsunkar və inanılmaz bir məkan olduğunu da xüsusi vurğulayıb.