Təcavüzə məruz qalan tələbədən dəhşətli əməl
Dünya
67
19:30, Bu gün

Təcavüzə məruz qalan tələbədən dəhşətli əməl

Türkiyənin Kastamonu bölgəsində dəhşətli hadisə baş verib. Universitet tələbəsi olan gənc qız Sepetçioğlu Ticarət Peşə və Texniki Anadolu Liseyinin qarşısındakı binanın ikinci mərtəbəsindən çılpaq halda tullanıb.

Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, qız park edilmiş avtomobilin üzərinə düşüb və ağır yaralanıb. Hadisə yerinə tibbi yardım və polis qrupları göndərilib. Qız xəstəxanaya aparılıb və müalicəsinə başlanılıb.

Qızın özünü yerə atdığı zaman həmin evdə olan Kastamonu Universitetinin müəllimi barəsində prokurorluq orqanı tərəfindən istintaq başladılıb. Araşdırma zamanı əldə edilən ilkin məlumatlara əsasən, hadisənin təsadüfi yıxılma olmadığı qənaəti yaranıb və müəllim barəsində saxlanılma qərarı verilib.

Polis bölməsindəki prosedurlardan sonra şübhəli məhkəmə qarşısına çıxarılıb. Müəllimə qarşı cinsi təcavüz, insanı azadlıqdan qanunsuz məhrumetmə, şəxsi həyat gizliliyinin pozulması, əmlaka zərər vermə, silahla hədələmə və təhqiri ehtiva edən maddələrlə ittiham irəli sürülüb.

Şübhəlinin barəsində həbs qətimkan tədbiri seçilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər