İran saxlanılan tankerlerin pozuntularına dair sənədləri ABŞ-yə göndərdiyini bildirir
Dünya
127
18:50, Bu gün

İran saxlanılan tankerlerin pozuntularına dair sənədləri ABŞ-yə göndərdiyini bildirir

Qaydanı pozan ABŞ tankerlərinin saxlanılması məhkəmə qərarları əsasında həyata keçirilir və həmin tankerlərin pozuntularına dair sənədlər ABŞ-a göndərilir.

Moderator.az-ın xəbərinə görə, bu barədə İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Əsgər Cahangir bildirib.

Onun sözlərinə görə, BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına əsasən, sahilyanı dövlətlər gəmilərin qanunları pozması halında onları öz yurisdiksiyasına daxil olan sularda, müəyyən hallarda isə açıq dənizdə də saxlamaq hüququna malikdir.

Əsgər Cahangir qeyd edib ki, bu tankerlərə dair saxlanma qərarları İranın səlahiyyətli məhkəmələrinin çıxardığı hökmlərə əsaslanır və hüquqi prosedurlar tamamlandıqdan sonra icra olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər