Fransada işsizlərin sayı sürətlə artır
Dünya
163
16:20, Bu gün

Fransada işsizlərin sayı sürətlə artır

2026-cı ilin ilk rübünün nəticələrinə əsasən, Fransada işsizlik göstəricisi 8.1 faizə yüksəlib. Bu, 2021-ci ildən bəri qeydə alınan ən yuxarı hədd hesab olunur.

 

Moderator.az-ın məlumatına görə, "Reuters" bu barədə Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) rəsmi hesabatına əsaslanaraq xəbər yayıb.

 

Təşkilatın (INSEE) açıqladığı rəqəmlərdən aydın olur ki, ölkə üzrə işsizlərin sayı ötən rüblə müqayisədə 68 min artaraq 2.6 milyon nəfərə çatıb.

 

Fransa Bankının rəhbəri Fransua Villerua de Galhau mövcud statistikanı və ortaya çıxan göstəriciləri "məyusedici" adlandırıb.

 

"Təxminən 8 faizlik nəticə elə də ümidverici xəbər deyil", - deyə Galhau vurğulayıb. O, həmçinin xatırladıb ki, 2010-cu ildən bu yana ölkədə təqribən 4 milyon yeni iş yeri açılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər