Tramp İrana qəzəbləndi: Müharibə yenidən başlayır? - VİDEO
Dünya
171
17:20, Bu gün

Tramp İrana qəzəbləndi: Müharibə yenidən başlayır? - VİDEO

"ABŞ-nin razılaşma üçün son təkliflərinə İranın Pakistan vasitəsilə təqdim etdiyi cavab Prezident Donald Trampı əməlli-başlı özündən çıxarıb. O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən, qəzəbini cilovlaya bilməyib və İran rəhbərliyini təhqir edib".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"Tramp İran rəhbərlərini dəmdəməki (hərəkətində, sözündə, fikrində sabit olmayan, tez-tez fikrini dəyişən, sözünə etibar edilməyən şəxslərə deyilir - red.), şərəfsiz adlandırıb və fikirlərini tez-tez dəyişməkdə ittiham edərək deyib: "İranda mötədillər və dəlilər var. Mötədillərə daha çox hörmət edilir. Dəlilər isə sona qədər döyüşmək istəyirlər".

Trampın sözlərindən belə çıxır ki, hazırda ABŞ administrasiyasını düşündürən əsas məsələ İranın yüksək səviyyədə zənginləşdirilmiş və ötən ildən dağıntılar altında qalan təqribən 450 kiloqramlıq uran ehtiyatıdır. Onun iddiasına görə, İran rəhbərləri bu uranı ABŞ-yə təhvil verməyə razı imişlər, amma onu özlərinin dağıntılar altından çıxara bilməyəcəklərini, dünyada bu işi görməyə qadir iki ölkənin yalnız ABŞ və Çin olduğunu vurğulayaraq, Vaşinqtona həmin işi görməyi təklif ediblər.

Tramp qeyd edib: "İki gün əvvəl bizə dedilər ki, siz uranı götürməlisiniz. Biz onlarla birlikdə bu addımı atacaqdıq, amma sonra fikirlərini dəyişdilər və bunu sənədə daxil etmədilər. Bir sözlə, əvvəl bizimlə razılaşırlar, sonra isə sözlərindən qaçırlar".

İranın göndərdiyi cavaba gəldikdə isə Tramp Tehranın təkliflərini son dərəcə axmaq təkliflər adlandırıb və onların qətiyyən qəbuledilməz olduğunu bildirib. O bu cavabdan sonra ABŞ ilə İran arasında atəşkəsin süni tənəffüs aparatına qoşulduğunu və yaşamaq şansının cəmi 1% olduğunu bəyan edib. Bununla da D.Tramp tərəflərin mövqeyindəki kəskin fərqlər ucbatından atəşkəsin pozula biləcəyinə və müharibənin yenidən başlaması ehtimalına açıq şəkildə eyham vurub", - deyə materialda qeyd edilib.

Daha ətraflı videosüjetdə:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər