Pekindən Trampa mesaj: Çin əməkdaşlığa hazırdır
Dünya
140
21:10, Bu gün

Pekindən Trampa mesaj: Çin əməkdaşlığa hazırdır

Çin ABŞ Prezidenti Donald Trampın qarşıdan gələn səfəri zamanı fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ ilə birgə işləməyə hazır olduğunu bəyan edib.

Moderator.az bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun brifinq zamanı çıxışında bildirib. Müvafiq məlumat nazirliyin rəsmi saytında da yerləşdirilib.

Diplomatın sözlərinə görə, yüksəksəviyyəli təmaslar Pekin və Vaşinqton arasında münasibətlərin inkişafında əsas rol oynayır.

O vurğulayıb ki, Çin bərabərlik, hörmət və qarşılıqlı fayda prinsipləri əsasında ABŞ ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Çin Xarici İşlər Nazirliyindən həmçinin bildirilib ki, Çin sədri Si Cinpin Donald Trampla ikitərəfli münasibətlər, eləcə də beynəlxalq və regional gündəmlə bağlı geniş fikir mübadiləsi aparacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər