Bizi sosial şəbəkələrdən izləyin:
İran ABŞ-ın israr etdiyi nüvə obyektlərini sökməkdən imtina edib.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tehran uranın zənginləşdirilməsini dayandırmağa razıdır, lakin ABŞ-ın tələb etdiyi kimi 20 il müddətinə yox.
Bundan əlavə, İran zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin zənginləşdirmə səviyyələrini azaltmaq üçün yenidən emal etməyi təklif edib.