01:42
16°C
Bakı
Norveçdə məktəbli oğlan sinfi ilə gəzinti zamanı şumlanmış sahədə torpaqdan çıxan naməlum əşyaya rast gəlib.
Moderator.az xəbər verir ki, sonradan məlum olub ki, tapıntı vikinq dövrünə aid qədim qılıncdır.
Arxeoloqlar qılıncın təxminən 1300 il əvvələ aid olduğunu bildiriblər. Arxeoloqların məlumatına görə, silah uzun müddət torpaq altında qalmasına baxmayaraq, çox yaxşı vəziyyətdə qorunub saxlanılıb.
Tapılan qədim qılınc araşdırılması üçün Oslo Muzeyinə təhvil verilib. Burada artefakt üzərində əlavə tədqiqatlar aparılacaq.
(musavat)