İran Fransa və Böyük Britaniyaya sərt xəbərdarlıq etdi:
Dünya
258
10 May 2026 | 23:46

İran Fransa və Böyük Britaniyaya sərt xəbərdarlıq etdi: "Cavabsız qalmayacaq"

İran Xarici İşlər Nazirliyi başçısının müavini Kazem Qəribabadi bildirib ki, Hörmüz boğazında Fransa, Böyük Britaniya və ya digər ölkələrin hərbi gəmilərinin mövcudluğu Tehranın sərt reaksiyasına səbəb olacaq.
 
 
Bu barədə İranın "Al Alam" telekanalı məlumat yayıb.
 
"Fransa, Böyük Britaniya və ya hər hansı başqa ölkənin ABŞ-nin fəaliyyətinə dəstək məqsədilə bölgədə hərbi iştirak nümayiş etdirməsi dərhal və qəti cavabla qarşılanacaq", - deyə Qəribabadi bildirib.
 
O, həmçinin Paris və Londona vəziyyəti daha da gərginləşdirməmək çağırışı edib.
 
İran XİN rəhbərinin müavini qeyd edib ki, xarici hərbi gəmilərin bölgədə yerləşdirilməsi yalnız Hörmüz boğazının daha da hərbiləşməsinə və böhranın dərinləşməsinə səbəb olacaq.(oxu.az)
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər