Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp İranın hərbi potensialını bərpa etməsinin təxminən 20 il çəkə biləcəyini iddia edib.
Moderator.az xəbər verir ki, bu barədə o, "Full Measure" proqramına müsahibəsində danışıb.
"Əgər biz bu gün geri çəkilsək, hərbi baxımdan İranın bərpa olunması üçün 20 il lazım olacaq", - deyə Tramp bildirib.
ABŞ liderinin fikrincə, Vaşinqton planlaşdırılan hədəflərin təxminən 70 faizini vurmağa nail olub.
Bununla yanaşı, "The Washington Post" qəzetinin məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) hesab edir ki, İran ABŞ-nin raket-bomba zərbələrindən sonra müharibədən əvvəlki ballistik raket arsenalının təxminən 70 faizini qoruyub saxlaya bilib.
Nəşrin yazdığına əsasən, CIA analitikləri İranın bombardman nəticəsində torpaq altında qalmış silah anbarlarına yenidən çıxış əldə etdiyini, zədələnmiş raketlərin bir hissəsini bərpa etdiyini və yeni raketlər istehsal etdiyini düşünürlər.