Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfrans keçirildi - FOTOLAR
Cəmiyyət
172
20:21, Bu gün

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfrans keçirildi - FOTOLAR

Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfransda iştirak edib.
Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfrans keçirilib. Konfransda Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon rəhbərliyi və geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.  
 
Konfransdan öncə Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub və abidənin önünə tər güllər qoyulub. 
 
Milli Məclisin deputatı konfransda çıxış edərək qeyd edib ki, Ümummilli Liderin doğum günü ilə bağlı bütün bölgələrimizdə təşkil olunan silsilə tədbirlər  müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qalib dövlət kimi şanlı Zəfərimizdən irəli gələn yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar bir dönəmə təsadüf edir.    
 
Ulu Öndərin dövlətçilik tariximizdə müstəsna xidmətlərini xatırladan parlamentari onun azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik  ideyasını  gerçəkləşdirməsini, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmasını xüsusilə vurğulayıb.
 
Bildirib ki, çağdaş dünyamızda geniş şöhrət qazanmış Heydər Əliyev Azərbaycan tarixində Ümummilli Lider statusu qazanmış yeganə şəxsiyyətdir.  Bu nəhəng dühanın Milli Liderlik səviyyəsini fəth etməsi ən çətin və mürəkkəb məqamlarda ölkənin və xalqın taleyində həlledici rol oynaması, xilaskarlıq vəzifələrini qətiyyətlə həyata keçirməsi, dövlətini və millətini irəli aparması sayəsində mümkün olub.
 
Ulu Öndər istər Sovetlər Birliyi dövründə,  istərsə də müstəqillik dönəmində liderlik funksiyalarının yüksək səviyyədə icra olmasını qətiyyətlə təmin edib. Fenomenal dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycan üçün bütün ümummilli  məsələlərinin həlli onun adı ilə bağlıdır.
 
XX əsr dünya tarixinin ən parlaq simalarından və ən görkəmli dövlət xadimlərindən olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan Heydər Əliyev müstəqil Azərbaycanın memarı, çağdaş dövlətçiliyimizin qurucusu və ölkəmizin dayanıqlı inkişaf strategiyasının müəllifi kimi hər zaman dərin hörmət və böyük ehtiramla anılır. 
 
Deputat bildirib ki, Heydər Əliyevin ən böyük missiyalarından biri də əsasını qoyduğu hərtərəfli milli  intibahı  özündən sonra inamla davam etdirə biləcək layiqli  varisini yetişdirməsi idi. Bu gün  tam  əminliklə  və  qətiyyətlə söyləmək olar kı, Prezident İlham Əliyev Ulu Öndərin sosial-iqtisadi inkişaf kursunu qloballaşan dünyanın müasir çağırışlarına uyğun olaraq uğurla davam etdirir.
 
Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi idi. Dahi şəxsiyyətin vəsiyyətini Müzəffər Ali Baş Komandan İlham Əliyev ləyaqətlə yerinə yetirdi və bütün ərazilərimizdə tam suverenliyimizi bərpa etdi. Hazırda doğma Qarabağımızda müasir standartlara cavab verən nəhəng infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış proqramı yüksək səviyyədə icra olunur.
 
Ölkə Prezidentinin son 23 il ərzində həyata keçirdiyi uğurlu dövlət siyasəti və konseptual islahatlar sayəsində yeni reallıqlar yaradan Azərbaycan bu gün regionun lider ölkəsi və qlobal strateji mərkəz kimi dünya çapında önəmli rol oynayır.
 
Ağalar Vəliyev sonda söyləyib ki, bütün sadaladığı məqamlar Ümummilli Liderin amallarının həyata vəsiqə alması deməkdir. Qazanılan yüksək nailiyyətlər, bu günün güclü Azərbaycanı məhz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin müdrikliklə həyata keçirdiyi mükəmməl strategiyanın bəhrələridir. 
 
Heç  şübhə yoxdur  ki, Heydər  Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan  sonra daha  möhtəşəm uğurlar qazanacaq və daha uca zirvələr fəth edəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər