Dünya
344
19:50, Bu gün

"Putinin yaratdığı "qələbə kultu" indi onun özünə qarşı işləyir" - "The Wall Street Journal"

"9 May artıq güc nümayişindən çox narahatlıq simvoluna çevrilir..."

Qərb nəşrləri hesab edir ki, Ukrayna müharibəsi getdikcə Vladimir Putin üçün siyasi və psixoloji tələyə çevrilir.

Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.

Müharibə artıq İkinci Dünya müharibəsindən uzun çəkib

Nəşr yazır ki, Kreml rəhbərinin illərlə formalaşdırdığı "Qələbə kultu" indi əks effekt verməyə başlayıb. Qeyd olunur ki, psixoloji dönüş nöqtəsi bu ilin yanvarında baş verib. Məhz həmin vaxt Putinin "xüsusi hərbi əməliyyatı" müddət baxımından SSRİ-nin 1941-1945-ci illərdə nasist Almaniyasına qarşı apardığı müharibəni geridə qoyub.

Nəşrin fikrincə, Kreml üçün əsas problem odur ki, qeyd ediləcək real qələbə yoxdur. Cəbhədə irəliləyiş zəifdir, itkilər artır, iqtisadi vəziyyət isə ağırlaşır. Ukrayna dronlarının Rusiyanın dərinliklərinə qədər çatması isə cəmiyyətdəki narazılığı daha da gücləndirir.

Putinin keçmiş spikrayteri Abbas Qallyamov bildirib ki, Kreml illərlə "babaların qəhrəmanlığı" ətrafında xüsusi dövlət ideologiyası qurmuşdu: "İndi isə insanlar görür ki, babaları bu vaxta qədər Berlinə çatmışdı, amma bugünkü müharibə nəticəsiz uzanır. Bu kult artıq Putinin öz əleyhinə işləyir".

"Supermen" obrazı zəifləyir

"The Times" nəşru isə yazır ki, bu il 9 May paradında ağır texnikanın azlığı diqqət çəkir. Nəşrin fikrincə, bunun iki səbəbi ola bilər: ya texnika müharibədə istifadə olunur, ya da Ukrayna dronlarının təhlükəsi çox yüksəlib.

Ekspertlər hesab edirlər ki, bir neçə il əvvəl Rusiyanın güc simvolu sayılan parad indi Kremlin zəif nöqtəsinə çevrilib. Çünki Ukrayna artıq Moskvanın özünü belə təhlükə altında saxlaya bilir.

Karnegi Mərkəzinin eksperti Aleksandr Baunovun sözlərinə görə, Putinin əvvəlki "qoruyucu lider" imici də dəyişməyə başlayıb: "Onu artıq supermen kimi qəbul etmirlər. İnsanlar onu reallıqdan uzaq düşmüş yaşlı lider kimi görür".

Kreml daxilində qorxu və qeyri-müəyyənlik artır

Nəşr yazır ki, Kreml daxilində də gərginlik hiss olunur. Moskva elitalarında mümkün çevriliş və daxili qarşıdurmalar barədə şayiələr dolaşır. Bununla yanaşı, Putin getdikcə daha çox qorunan obyektlərdə vaxt keçirir və təhlükəsizlik tədbirlərini gücləndirir.

Nəşr qeyd edir ki, Kreml rəhbərinin əsas dilemması artıq təkcə müharibəni necə davam etdirmək deyil, həm də gələcəkdə hakimiyyətdən necə təhlükəsiz şəkildə uzaqlaşmaq məsələsidir.
Qərb mediasının fikrincə, dron müharibəsi Rusiyanın illərlə qurduğu "məğlubedilməz hərbi güc" obrazını ciddi şəkildə sarsıtmağa başlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər