BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi
Dünya
185
22:10, Bu gün

BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi

İran BMT-yə üzv dövlətləri ABŞ-nin Hörmüz boğazında gəmiçiliklə bağlı təqdim etdiyi qətnamə layihəsini dəstəkləməməyə çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin "X" sosial şəbəkə hesabında yayımlanan bəyanatında bildirilib.

"Yeganə real həll yolu müharibənin dayandırılması, dəniz blokadasının aradan qaldırılması və gəmilərin normal hərəkətinin bərpasıdır. Bunun əvəzinə, ABŞ BMT Təhlükəsizlik Şurasında "gəmiçilik azadlığı" bəhanəsi ilə siyasi motivli və qeyri-obyektiv qətnamə layihəsi irəli sürərək öz siyasi gündəmini təşviq etməyə, qanunsuz hərəkətlərini legitimləşdirməyə çalışır", - bəyanatda qeyd olunub.

Tehran üzv dövlətləri təzyiq altında deyil, ədalət və prinsiplər əsasında qərar verməyə, sənədi rədd etməyə və onun həmmüəllifi olmamağa çağırıb.

Xatırladaq ki, bundan əvvəl Bəhreyn tərəfindən təqdim edilən oxşar qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında qəbul olunmamışdı. Həmin vaxt 11 ölkə layihənin lehinə səs versə də, Rusiya və Çin əleyhinə çıxmış, Pakistan və Kolumbiya isə bitərəf qalmışdı. Daimi üzvlərin "veito" hüququndan istifadə etməsi səbəbindən sənəd qəbul edilməmişdi.

Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, bu layihə beynəlxalq hüquq üçün təhlükəli presedent yarada və İrana qarşı hərəkətlərin davam etdirilməsinə "açıq kart" verə bilər.

Qeyd edək ki, mayın 5-də ABŞ dövlət katibi Marko Rubio yenilənmiş qətnamə layihəsinin artıq BMT Təhlükəsizlik Şurasına təqdim edildiyini açıqlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər