00:31
11°C
Bakı
İsrail Baş naziri Benyamin Netanyahu orduya və milli təhlükəsizlik qüvvələrinə İranla bağlı hər hansı bir ssenariyə qarşı hazırlıqlı olmağı əmr edib.
Moderator.az xəbər verir ki, bu barədə Netanyahu Təhlükəsizlik Kabinetinin iclasından əvvəl yaydığı videomüraciətdə bildirib.
Vaşinqtonun diplomatik səylərini şərh edən Netanyahu qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp bu və ya digər şəkildə İrandan zənginləşdirilmiş uranın çıxarılmasına nail olmağı gözləyir. Bununla belə, İsrail lideri ayıq-sayıq olmağın vacibliyini vurğulayıb və əlavə edib ki, bu gün İsrail həmişəkindən daha güclüdür.
Qeyd edək ki, ABŞ İrana 14 maddəlik sülh təklifi göndərib və 48 saat ərzində cavab vermələrini tələb edib.