23:33
12°C
Bakı
ABŞ Silahlı Qüvvələri Oman körfəzində İranın "Hasna" tankerini atəşə tutublar.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ Silahlı Qüvvələri Oman körfəzində məcburi tədbirlər görərək mayın 6-da İran limanına istiqamət götürməyə çalışan İran bayraqlı tankeri zərərsizləşdirib. "Hasna" tankerinin heyəti çoxsaylı xəbərdarlıqlara tabe olmadıqdan sonra ABŞ Silahlı Qüvvələri "Abraham Lincoln" aviadaşıyıcısından havaya qalxan "F/A-18 Super Hornet" qırıcı-bombardmançısından açılan atəşlə tankerin sükan mexanizmini sıradan çıxarıb. "Hasna" artıq İran istiqamətində hərəkət etmir", - deyə komandanlığın "X" hesabında yayılan məlumatda bildirilib.