İsrail İranda əməliyyatlar üçün yeni hədəflər müəyyənləşdirib
Dünya
215
21:30, Bu gün

İsrail İranda əməliyyatlar üçün yeni hədəflər müəyyənləşdirib

İsrail hərbçiləri Tehrana qarşı genişmiqyaslı əməliyyatların bərpasına tam hazırdır və İranda vurulacaq hədəflərin siyahısını artıq müəyyənləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir məlumat verib.

"Biz nailiyyətlərimizi daha da genişləndirməyə və İran rejimini daha da zəiflətməyə imkan verəcək güclü, genişmiqyaslı əməliyyatlara qayıtmaq üçün tam hazır vəziyyətdəyik. İranda bizim üçün bir sıra yeni hədəflər müəyyən edilib", - deyə Zamir vurğulayıb. Baş Qərargah rəisinin bu açıqlamasını ordunun mətbuat xidməti yayıb.

E.Zamirin sözlərinə görə, İsrail bir neçə cəbhədə həyata keçirilən əməliyyatlar vasitəsilə regional reallığı dəyişmək üçün tarixi imkana sahibdir. O, həmçinin əlavə edib ki, ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlıq və koordinasiya davam etdirilir, mövcud vəziyyət isə diqqətlə izlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər