Reşfordu irqi zəmində təhqir edən azarkeş həbs edildi
İdman
141
20:55, Bu gün

Reşfordu irqi zəmində təhqir edən azarkeş həbs edildi

"Barselona"nın futbolçusu Markus Reşfordu irqi zəmində təhqir edən "Real Ovyedo" azarkeşi doqquz ay müddətinə həbs cəzasına məhkum edilib.

Moderator.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.

Azarkeş ingiltərəlinin ünvanına künc zərbəsini yerinə yetirən zaman irqçi təhqirlər səsləndirib və bu an kameraya düşüb.

Mənbənin məlumatına görə, azarkeş iki min avro məbləğində cərimə ödəmək, habelə irqçiliklə mübarizə üzrə icbari proqramdan keçmək və futbol stadionlarına girişinə üçillik qadağa qoyulması şərti ilə həbsdən yayına bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər