00:01
14°C
Bakı
ABŞ "Hərəkat Ənsar Allah əl-Əvfiyyə" təşkilatının baş katibi barədə məlumat verən şəxslərə 10 milyon dollar mükafat təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir ki, Əl-Səidi ABŞ diplomatik obyektlərinə hücumlar təşkil edən, həmçinin İraq mülki şəxslərinin və ABŞ hərbçilərinin öldürülməsinə görə məsuliyyət daşıyan qruplaşmaya rəhbərlik edir.
"Hərəkat Ənsar Allah əl-Əvfiyyə" ("Harakat Ansar Allah al-Awfiya") 2013-cü ildə İraqda siyasi təşkilat kimi meydana çıxmış şiə hərbiləşdirilmiş qruplaşmadır. Bu təşkilat İraqın iranpərəst çətir qurumu olan "Həşd əl-Şəabi"nin ("Hashd al-Shaabi") tərkibinə daxildir.