ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbul zamanı baş verən atışma onun həyatına sui-qəsd cəhdi kimi qiymətləndirilib.
Moderator.az xəbər verir ki, bu barədə aprelin 27-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
"Bu, son iki ildə Prezident Trampa qarşı üçüncü böyük sui-qəsd cəhdidir. Tarixdə heç bir prezident belə təkrarlanan və həyatına qəsd cəhdləri ilə üzləşməyib", - deyə o, brifinqdə bildirib.
Sözçü şübhəli şəxsin operativ şəkildə saxlanılmasına görə hüquq-mühafizə orqanlarına təşəkkür edib.
Onun sözlərinə görə, demokratlar Trampı və onun tərəfdarlarını sistemli şəkildə demonizasiya edir ki, bu da hücumları təşviq edir. Livitt qeyd edib ki, "sol radikal nifrət mühiti" artıq bir neçə insanın ölümünə səbəb olub və bu həftəsonu oxşar hadisə az qala təkrarlanacaqdı.