Quterreş nüvə silahı ilə bağlı çağırış səsləndirib
Dünya
329
27 Apr 2026 | 22:00

Quterreş nüvə silahı ilə bağlı çağırış səsləndirib

BMT-nin Baş katibi Antonio Quterreş dünya ölkələrini nüvə tərksilahı istiqamətində səyləri sürətləndirməyə çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə o Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin icrasının nəzərdən keçirilməsi üzrə 11-ci konfransın açılışında bildirib.

"Hələ çox gec deyilkən: gəlin nüvə silahı ətrafındakı kollektiv "amneziya"nın (yaddaş itkisi) öhdəsindən gələk. Birlikdə olduğumuz zaman nələrə nail ola biləcəyimizə inamımızı yeniləyək. Gəlin bəşəriyyətin üzərində qalmış bu buludu dağıtmaq üçün təcili hərəkətə keçək", - Quterreş deyib.

Qeyd edək ki, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə üzrə konfrans BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilir. Beş ildə bir dəfə keçirilən bu tədbir sözügedən sazişin üç əsas istiqaməti: yayılmama, nüvə tərk-silahı və atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə necə yerinə yetirildiyini qiymətləndirmək üçün müqavilənin iştirakçısı olan demək olar ki, bütün ölkələri (191 dövləti) bir araya gətirir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər