21:23
14°C
Bakı
Hindistanın Kerala ştatında fişəng fabrikində baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub.
Moderator.az BBC telekanalına istinadən xəbər verir ki, partlayışa qızmar istilərin səbəb olduğu ehtimal edilir.
Bildirilir ki, 40-a yaxın insan qarşıdan gələn məbəd festivalı üçün anbarlarda pirotexnika toplayırmış. Yaralananlardan beşinin vəziyyəti ağırdır.
Partlayışın gücü bir neçə kilometr məsafədə hiss olunub. Yaxınlıqdakı yaşayış binaları ciddi ziyan görüb.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə 200 min rupi (təxminən 3 620 manat - red.) ödəniləcəyini vəd edib. Yaralılar 50 min rupi (təxminən 906 manat - red.) məbləğində kompensasiya alacaqlar.