21:10
14°C
Bakı
Niderlandın Harlem şəhərində bankomatlardan biri içindəki pul vəsaitlərini oğurlamaq məqsədilə partladılıb.
Moderator.az nu.nl portalına istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə yaşayış binası zərər görüb, polis iki şübhəli şəxsi saxlayıb.
Partlayışdan sonra polis sakinləri ərazidən təxliyə edib.
İstintaqın versiyasına görə, saxlanılanlar hadisə yerindən motorollerlə qaçıblar. Sonradan həmin nəqliyyat vasitəsi küçədə tapılıb.
Cinayətkarların pulu oğurlamağa müvəffəq olub-olmadığı hələlik məlum deyil.