Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünya
288
17:17, Bu gün

Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib

“Qarabağ qan içində” kitabının müəllifi rusiyalı yazıçı, tarixçi alim, akademik Yuri Pompeyev vəfat edib.

Moderator.az xəbər verir ki, tanınmış yazıçı bu gün səhər 88 yaşında Sankt-Peterburqda vəfat edib.

Pombeyev Birinci Qarabağ müharibəsi dövründə erməni vəhşilikləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmət göstərib. Belə ki, yazıçı 1992-ci ildə Xocalı soyqırımı törədiləndən 6 ay sonra erməni vəhşiliyini Rusiya auditoriyasına çatdırmaq üçün Sankt-Peterburq şəhərində "Qarabağ qan içində" kitabını təqdim edərək sərgi təşkil edib.

Tarixçi alim dəfələrlə müsahibələrində "Xocalını törədənlər nə qədər ki, azadlıqdadır, erməni nasist ideologiyası məhv olmayacaq" fikrini səsləndirib.

Yazıçının Qarabağ hadisələrinə həsr olunan "Məşəqqətli günlər" kitabı isə 1993-cü ildə çap olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər