11:04
15°C
Bakı
İndoneziyanın Sulavesi adasında 5,3 maqnitudalı zəlzələ baş verib.
Moderator.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 144 mindən çox insanın yaşadığı Qorontalo şəhərindən 85 km cənub-şərqdə, ocağı isə 142 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.