22:57
13°C
Bakı
Ermənistan Ədliyyə Nazirliyi din xadimlərinə cəzaçəkmə müəssisələrini ziyarət etməyi qadağan edib.
Moderator.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Apostol Kilsəsinin ruhani mərkəzi olan Eçmiədzin məlumat yayıb.
"Bu qərarla Ermənistan Apostol Kilsəsinin cəzaçəkmə müəssisələrindəki ruhani xidməti dayandırılıb", - deyə bəyanatda bildirilir.
Daha əvvəl Ermənistan parlamenti kilsənin torpaq sahələrini ödənişsiz mülkiyyətə götürmək hüququndan məhrum edilməsi ilə bağlı düzəliş qəbul etmişdi.