Livan prezidenti: İsraillə danışıqlar hüquqlardan imtina demək deyil
Dünya
207
17 Apr 2026 | 22:50

Livan prezidenti: İsraillə danışıqlar hüquqlardan imtina demək deyil

“İsraillə danışıqlar zəiflik və ya geri çəkilmə əlaməti deyil, Livanın hüquqlarından imtina da deyil”.

Moderator.az xəbər verir ki, bunu Livan prezidenti Cozef Aun ölkə vətəndaşlarına müraciəti zamanı deyib.

“Atəşkəs üzərində işləməkdən xalqımızın hüquqlarını, torpağımızı və millətimizin suverenliyini qoruyacaq daimi müqavilələr üzərində işləməyə keçidin yeni mərhələsi ilə üzləşirik", - dövlət başçısı əlavə edib.

O, əlavə edib ki, Livan hakimiyyəti yarım əsrdə ilk dəfə olaraq qərar qəbul etmək və danışıqları müstəqil şəkildə aparmaq hüququnu ölkəyə qaytarıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər