ABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədir
Dünya
320
22:10, Bu gün

ABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədir

ABŞ zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq imkanını nəzərdən keçirir.

Moderator.az bildirir ki, bu barədə "Axios" portalı iki ABŞ rəsmisinə və özəl mənbələrinə istinadən xəbər yayıb.

Mənbələrin verdiyi məlumata görə, Vaşinqton və Tehran gərginliyin azaldılmasına dair üç səhifəlik planı müzakirə edirlər. Planın əsas bəndi İranın dondurulmuş 20 milyard dollar vəsaitinin blokdan çıxarılmasıdır. Bunun müqabilində Tehran zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməlidir.

Prezident Donald Tramp ABŞ və İran nümayəndə heyətlərinin qarşıdakı həftəsonu saziş bağlamaq üçün danışıqlar aparacağını açıqlayıb. Görüşün Pakistanın İslamabad şəhərində, aprelin 19-da keçiriləcəyi gözlənilir. Danışıqlarda Türkiyə və Misirin dəstəyi ilə Pakistan vasitəçi rolunu oynayır.

İki həmsöhbətin məlumatına görə, danışıqların əvvəlində Vaşinqton Tehrana ərzaq, dərman və digər humanitar malların alınması üçün altı milyard dollar ayırmağa hazır idi. İran tərəfi 27 milyard dollar tələb edirdi. Hazırda 20 milyard dollarlıq məbləğ müzakirə olunur.

Hazırda müzakirə olunan kompromis variantına əsasən, zənginləşdirilmiş uranın bir hissəsi üçüncü ölkəyə göndəriləcək, qalan hissəsində isə İran tərəfi zənginləşdirmə səviyyəsini aşağı salacaq.

Bundan əlavə, plan İranın uran zənginləşdirməsinə "könüllü" moratorium tətbiq edilməsini əhatə edir. Son danışıqlar zamanı amerikalılar iranlılardan 20 illik qadağaya razı olmağı tələb edib. Onlar isə beş illik müddət təklif edib. Tehrana tibbi izotopların istehsalı üçün nüvə tədqiqat reaktorlarına sahib olmağa icazə veriləcək, lakin bütün nüvə obyektləri yerüstü olmalıdır. Mövcud yeraltı obyektlər isə konservasiya ediləcək.

Hörmüz boğazı ilə bağlı isə hələ də əhəmiyyətli fikir ayrılıqları mövcuddur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər