Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə regional təhlükəsizliyi müzakirə edib
Dünya
199
21:34, Bu gün

Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə regional təhlükəsizliyi müzakirə edib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Türker Arı ilə görüş keçirib.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Gürcüstanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın dinamik gündəliyini və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Söhbət zamanı bölgədəki mövcud vəziyyətə də toxunulub, regionun inkişafı və uzunmüddətli rifahı üçün ilkin şərt kimi sülh və sabitliyin dəstəklənməsinin vacibliyi vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər