Hadisə
185
16 Apr 2026 | 22:35

"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində aprelin 6-da baş vermiş torpaq sürüşməsi hələ də aktivliyini davam etdirir.

Təbii fəlakət nəticəsində elektrik dirəkləri sıradan çıxıb və qaz xətləri ciddi zərər görüb.

"Çətin vəziyyətdəyik. Gediş-gəliş yoxdur, qazımız yoxdur. Yolumuz 300 metrə yaxın uçub. Təzə yol açıblar. Oradan isə çətinliklə gedib-gəlirik", - sakinlərdən biri bildirib.

 

 

"Maşınla getmək olmur. Təxminən iki kilometrlik yolu ayaqla getməyə məcburuq", - digər sakin əlavə edib.

Qaz təchizatında yaranan problemlə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, hazırda Quba və Qusar rayonları ərazisində qalan 287 abonentin qaz təminatının bərpası istiqamətində işlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda fəsadların tam aradan qaldırılması planlaşdırılır.

Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli də sürüşmə baş verən ərazidə olub. O, ərazidə müvafiq tədqiqat işləri aparıldıqdan sonra yolun təhlükəsiz və fasiləsiz istifadəsinin təmin ediləcəyini bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər