İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasına səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı Asim Munir ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd olunub ki, görüşdə ABŞ ilə İran arasında atəşkəs rejimi, sülh sazişinin imzalanması kimi məsələlərə toxunulub.
"İslamabad danışıqlarının ikinci mərhələsi ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.
İranın xarici işlər naziri Abbas Əraqçinin də qatıldığı görüşdə İsrail ilə Livan arasında atəşkəs barədə də müzakirələr aparılıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Aprelin 13-ü ABŞ Hörmüz boğazının blokadaya alıb. İki gün sonra - aprelin 15-də ABŞ Prezidenti Donald Tramp boğazın blokadadan çıxarıldığını bəyan edib.