İdman
158
16 Apr 2026 | 23:00

"Barselona" Çempionlar Liqasında hakimliklə bağlı şikayət verib

"Barselona" futbol klubu UEFA Çempionlar Liqasında hakimliklə bağlı şikayət verib.

Moderator.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub bəyanat yayaraq, Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko Madrid"ə qarşı keçirilən hər iki oyunda ciddi hakim səhvlərinin olduğunu sübut edəcəyinə söz verib.

"Klubumuz hesab edir ki, iki görüşdə bir neçə qərar səhv qəbul edilib və VAR sistemi əsas məqamlarda lazımi şəkildə istifadə olunmayıb. Belə hadisələr ümumilikdə oyunların nəticəsinə birbaşa təsir edib, bizə əhəmiyyətli idman və iqtisadi ziyan dəyib", - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, aprelin 14-də "Barselona" iki oyunun yekununa görə, "Atletiko Madrid"ə məğlub olaraq turnirlə vidalaşıb. Kataloniya klubunun xüsusi narazılığına cavab oyununun 79-cu dəqiqəsində Erik Qarsiyanın qırmızı vərəqə alması ilə bağlı qərar səbəb olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər