Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
Dünya
204
16 Apr 2026 | 22:47

Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı

"Grinex" kriptorubl birjası Qərb xüsusi xidmət orqanları tərəfindən öz xidmətlərinə qarşı həyata keçirilmiş məqsədli hücum baş verdiyini bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Grinex"in mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Hücum nəticəsində Rusiya istifadəçilərinə məxsus bir milyard rubldan (təxminən 22.2 milyon manat - red.) artıq vəsaitin oğurlandığı bildirilir. Hadisədən sonra birja fəaliyyətini müvəqqəti dayandırıb.

Hazırda "Grinex"in saytı əlçatan deyil, əsas səhifədə texniki işlərin aparıldığı qeyd olunur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər