23:17
10°C
Bakı
İtaliyanın Baş naziri Corca Meloni aprelin 17-də Parisdə Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merzlə görüşəcək.
Moderator.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.
Görüşdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün mümkün Avropa missiyası müzakirə olunacaq.
Qeyd edilir ki, təşəbbüsə ABŞ Prezidenti Donald Trampla yaranmış fikir ayrılığı da təsir göstərib.