Yunanıstanda son 24 saatda 46 meşə yanğını baş verib
1439
17 Jul 2023 | 11:20

Yunanıstanda son 24 saatda 46 meşə yanğını baş verib

Yunanıstanda isti hava və güclü külək səbəbindən son 24 saat ərzində 46 meşə yanğını baş verib.

Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada yaxın günlərdə ölkənin bir çox bölgəsi üçün "yüksək meşə yanğını riski" xəbərdarlığı edilib.

Yunanıstanın müxtəlif bölgələrində son 24 saatda 46 meşə yanğınının baş verdiyi və bir çoxunun böyümədən söndürüldüyü bildirilib. Paytaxt Afinanın da daxil olduğu Attiki bölgəsindəki meteoroloji şərait meşə yanğınları riskini artırıb.

Ölkədə istilərin iyulun 20-də pik həddə çatacağı gözlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər