Seul Vaşinqtonla Cənubi Koreya ilə bağlı məlumatların sızmasını müzakirə edəcək
Dünya
3433
09 Apr 2023 | 17:05

Seul Vaşinqtonla Cənubi Koreya ilə bağlı məlumatların sızmasını müzakirə edəcək

Cənubi Koreya hakimiyyəti Pentaqonun məxfi sənədlərinin sızması ilə bağlı ABŞ-la danışıqlar aparacaq.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Seulun diqqətini sənədlərdə ABŞ-ın Ukraynada istifadə üçün artilleriya mərmiləri ilə təmin edilib-edilməməsi ilə bağlı müzakirələrdən bəhs edən məlumatlar cəlb edib ki, bu da Seulun ölümcül silah yardımının göstərilməsi ilə bağlı siyasətini pozur.

Cənubi Koreya Prezidentinin rəsmi nümayəndəsi bildirib ki, hökumətin Ukrayna ilə bağlı əsas mövqeyində heç bir dəyişiklik yoxdur.

Bundan əvvəl “The New York Times” ABŞ prezidenti Cozef Bayden administrasiyasının nümayəndələrinə istinadən yazıb ki, Pentaqon ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrini Rusiya qüvvələrinə qarşı hücuma hazırlamaq planlarına dair məxfi sənədlərin sızması ilə bağlı araşdırmaya başlayıb.

Link kopyalandı!
Son xəbərlər