Sertifikatlaşdırmaya ilk dəfə cəlb olunacaq müəllimlər üçün sınaq imtahanı keçiriləcək
Cəmiyyət
200
17:15, Bu gün

Sertifikatlaşdırmaya ilk dəfə cəlb olunacaq müəllimlər üçün sınaq imtahanı keçiriləcək

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (fiziki tərbiyə, musiqi, tarix, təsviri incəsənət, texnologiya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq.

Bu barədə Moderator.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, sınaq imtahanının səhifəsi 3 iyun tarixində saat 10:00-dan başlayaraq 20:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər