Cəmiyyət
211
12:16, Bu gün

"Erkən nikahlarla mübarizə nəticə verir” – Bahar Muradova 

"Son illərdə Azərbaycanda erkən nikahların və yetkinlik yaşına çatmamış qızların ana olması hallarının azalması istiqamətində nəzərəçarpacaq nəticələr əldə olunub".

Moderator.az xəbər verir ki, bu fikirləri Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu günki plenar iclasdakı çıxışı zamanı bildirib. 

Komitə sədrinin sözlərinə görə, həyata keçirilən maarifləndirmə tədbirləri, hüquqi mexanizmlər və sosial müdaxilə proqramları risklərin minimuma endirilməsində mühüm rol oynayıb:

"Milli Məclisdə qurumun 2025-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı çıxış edən Komitə sədri qeyd edib ki, gender siyasəti sahəsində müşahidə olunan irəliləyişlər təkcə qanunvericilik təşəbbüsləri ilə məhdudlaşmır. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və informasiya məkanının birgə fəaliyyəti qadınların ictimai-siyasi proseslərdə iştirakını daha da gücləndirib.

Qadınların bələdiyyələrdə, qeyri-hökumət təşkilatlarında və həmkarlar ittifaqlarında fəallığı əvvəlki illərlə müqayisədə artıb. Xüsusilə rəhbər vəzifələrdə qadın təmsilçiliyinin genişlənməsi cəmiyyətdə formalaşan yeni sosial yanaşmanın göstəricisi kimi qiymətləndirilib.

Media və rəqəmsal kommunikasiya vasitələri gender mövzularının daha geniş auditoriyaya çatdırılmasına və ictimai müzakirələrin aktivləşməsinə ciddi təsir göstərir. Bu proses gender bərabərliyi ilə bağlı düşüncə tərzinin cəmiyyətdə daha sürətlə dəyişdiyini nümayiş etdirir".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər