“İçərişəhər” sakinlərinə göstərilən xidmətlərin sürəti 70 faiz artırılıb
Cəmiyyət
144
12:45, Bu gün

“İçərişəhər” sakinlərinə göstərilən xidmətlərin sürəti 70 faiz artırılıb

“Biz “İçərişəhər”də sakinlərin problemlərini araşdırmışıq".
 
Moderator.az xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud WUF13 çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya: ağıllı irs, məlumat əsaslı idarəetmə və inklüziv şəhər gələcəyi” adlı tədbirdə çıxışında deyib.
 
“Administrasiya tərəfindən göstərilən xidmətləri keyfiyyətli etmək üçün eyni modeldə, amma “İçərişəhər”in miqyasında xidmət mərkəzi yaratmışıq. Təhlillər sübut edir ki, sakinlərə göstərilən xidmətlərin səviyyəsi sürət baxımından 70% artırılıb. Eyni zamanda yığılan məlumatlar da bizə problemləri, istəkləri təhlil etməyə imkanlar yaradır”, - deyə o əlavə edib.
 
Rüfət Mahmudun sözlərinə görə, bu məlumatlar vahid bir elektron sistemdə birləşdiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər