Emin Hüseynov:
Cəmiyyət
146
13:05, Bu gün

Emin Hüseynov: "Ağdam və Füzuli sanki mövcud olmayıbmış kimi yerlə-yeksan edilmişdi"

"Ümumilikdə 13 min 600 kvadratkilometr ərazi 30 illik işğaldan sonra azad olunub".
 
Moderator.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
 
"Bunun 2 min 700 kvadratkilometri Füzuli, Xocavənd və Ağdam rayonlarının payına düşür. Bu ərazilər, yəqin ki, azad edilmiş torpaqlar arasında ən sıx məskunlaşmış bölgələrdir", - o əlavə edib.
 
Xüsusi nümayəndənin sözlərinə görə, Ağdam və Füzuli Qarabağ və Şərqi Zəngəzur bölgəsində həm əhali sayına, həm ərazi baxımından, həm də iqtisadi fəaliyyətinə görə ən böyük rayonlardır:
 
"Eyni zamanda, onlar ən çox dağıdılmış, tamamilə vandalizmə məruz qalmış şəhərlər idi. Bölgənin ən böyük şəhərləri olan Ağdam və Füzuli sanki ümumiyyətlə mövcud olmayıbmış kimi yerlə-yeksan edilmişdi".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər