Bizi sosial şəbəkələrdən izləyin:
"Turizm infrastrukturu ilə təchiz ediləcək Daşaltı kəndinin inşasına bu il başlanacaq".
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin turizm infrastrukturu ilə təchiz olunması üçün investisiyalar özəl sahibkarlar tərəfindən yatırılacaq:
"Tanınmış, xalq arasında Çətir şəlaləsi deyilən məkana piyada turizm yolu hazırdır. Bütün ziyarətçiləri bu il oranı gəzməyə dəvət edirik".