Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
Cəmiyyət
215
13:35, Bu gün

Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 5 psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir.
 
BŞTİ-dən Moderator.az-a bildirilib ki, komissiyalar sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və psixi ləngimələrin diaqnostikasını aparır, bunun əsasında uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir, valideynlərə və ya qanuni nümayəndələrə müvafiq məsləhətlər verir.
 
Qeyd edək ki, sağlamlıq imkanı məhdud uşağın xüsusi təhsilə ehtiyacı varsa, valideyni ilə birlikdə aidiyyəti üzrə regional təhsil idarəsi tərəfindən yaşadıqları ərazi üzrə fəaliyyət göstərən psixoloji-tibbi pedaqoji komissiyaya yönləndirilır. Müayinə olunduqdan və sənədlərə baxıldıqdan sonra uşağın faktiki vəziyyətinə uyğun olaraq komissiya tərəfindən müvafiq qərar verilir.
 
Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə (//baku.edu.gov.az/az/page/316) fəaliyyət göstərir. Komissiyada müayinə pulsuzdur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər