“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”
Cəmiyyət
443
16:41, Bu gün

“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilib.

Maraqlıdır, bu yürüş Ümummilli Liderə ehtiram əlaməti olmaqla yanaşı, həm də gənclərin idmana təşviq edilməsi, idmanın təbliği baxımından atılan addım kimi də dəyərləndirilə bilərmi?

Moderator.az xəbər verir ki, Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikrlər səsləndirib:

“Şübhəsiz ki, DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü Ümummilli Lider Heydər Əliyevin xatirəsinə sonsuz ehtiram nümunəsi kimi mühüm əhəmiyyətə malikdir və olduqca təqdirəlayiqdir. Bununla yanaşı, qeyd etdiyiniz kimi, bu cür addımlar həm də idmanın təbliği, sağlam həyat tərzinin təşviqi baxımından da böyük önəm kəsb edir.

Bildiyiniz kimi, Ulu Öndər hər zaman ölkəmizdə idmanın inkişafına böyük önəm verib, bu istiqamətdə ciddi addımlar atıb. Ümumiyyətlə, ölkəmizdə idman hərəkatının inkişafı, idman sahəsində ilk ciddi uğurların əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər ölkə gənclətinin həm fiziki, həm də ruhi-mənəvi baxımdan sağlam yetişdirilməsi üçün onların idmanla məşğul olmasını zəruri hesab edirdi. Hansı ki, sonrakı dönəmdə Prezident İlham Əliyev Ulu Öndərin bütün sahələrdəki siyasəti ilə yanaşı, idman siyasətini də uğurla inkişaf etdirdi, Azərbaycan bu müstəvidə də böyük nailiyyətlər əldə etdi. Bu baxımdan DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü ölkə gənclərinə verilən praktiki mesaj kimi də dəyərləndirilə bilər. Bu mesaj gənclərimizin idmanla məşğul olmasının, idmanın kütləviləşməsinin nə qədər mühüm önəm kəsb etdiyini əks etdirir.

İnanıram ki, gənclərimiz ölkəmizdə idmanın inkişafı ilə bağlı Ulu Öndərin çağırışlarına hər zaman sədaqət hissi ilə yanaşacaq, bu çağırışlara idman sahəsindəki uğurları ilə cavab verəcəklər.

Heydər Əliyevin idmanla, sağlam həyat tərzi ilə bağlı çağırışlarını əməli müstəvidə yaşatdığına, gənclərə davamlı örnək olduğuna görə DTX əməkdaşlarına da təşəkkür edir, onlara uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər