Bizi sosial şəbəkələrdən izləyin:
Qubanın bəzi kəndlərinin adları dəyişdirilir.
Moderator.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli olması təklif olunub.
Layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.