14:17
26°C
Bakı
Abşeron-Xızı regionunda məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin yerdəyişməsi müsabiqəsinə başlanılır.
Moderator.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi (AXRTİ) məlumat yayıb.
Bildirilib ki, müsabiqədə hazırda AXRTİ tabeliyindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan ali pedaqoji təhsilli və həmin müəssisədə müdir vəzifəsində ən azı 3 il işləmiş şəxslər iştirak edə bilərlər.
Yerdəyişmə etmək istəyən namizədlər 2026-cı il mayın 12-dən 2026-cı il mayın 16-dək burada qeydiyyatdan keçə bilərlər.
Tələb olunan sənədlər:
Ali və ya orta ixtisas təhsili haqqında diplomun surəti;
Əmək kitabçasının surəti.