Azərbaycanlılar daimi yaşamaq üçün hansı ölkələrə köçüblər? - Siyahı
Cəmiyyət
207
08:10, Bu gün

Azərbaycanlılar daimi yaşamaq üçün hansı ölkələrə köçüblər? - Siyahı

Açıqlanan son rəsmi məlumata görə, daimi yaşamaq üçün il ərzində xarici ölkələrə 2 min 298 nəfər Azərbaycan vətəndaşı köç edib.
 
Moderator.az Yeniavaz.com-a istinadən xəbər verir ki, əsas istiqamətlər Rusiya və Türkiyə olub. Rusiyaya 707 nəfər, Türkiyəyə isə 457 nəfər Azərbaycan vətəndaşı köç edib. Bunlardan başqa il ərzində ABŞ-yə 134 nəfər, Almaniyaya 101 nəfər, Böyük Britaniyaya 52 nəfər, Polşaya isə 32 nəfər daimi yaşamaq üçün gedib. İsrailə köç edənlərin sayı 26 nəfər olub.
 
MDB məkanına gedənlərin ümumi sayı 921 nəfər təşkil edib. Digər xarici ölkələrə köç edənlərin sayı isə 1 377 nəfər olub.
 
Rəsmi statistikanın açıqlandığı son bir il ərzində Azərbaycandan daimi yaşamaq üçün gedənlərin sayı ölkələr üzrə aşağıdakı kimi olub:
 
Rusiya – 707 nəfər
 
Türkiyə – 457 nəfər
 
ABŞ – 134 nəfər
 
Almaniya – 101 nəfər
 
Qazaxıstan – 79 nəfər
 
Gürcüstan – 75 nəfər
 
Özbəkistan – 60 nəfər
 
Böyük Britaniya – 52 nəfər
 
Türkmənistan – 41 nəfər
 
Polşa – 32 nəfər
 
İsrail – 26 nəfər
 
Latviya – 17 nəfər
 
Estoniya – 13 nəfər
 
Litva – 13 nəfər
 
Belarus – 12 nəfər
 
Qırğızıstan – 10 nəfər
 
Moldova – 6 nəfər
 
Ukrayna – 5 nəfər
 
Yunanıstan – 4 nəfər
 
Pakistan – 3 nəfər
 
Tacikistan – 1 nəfər
 
Digər xarici ölkələr – 450 nəfər
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər