Azay Quliyev seçicilərlə görüş keçirib - FOTO
Cəmiyyət
322
21:35, Bu gün

Azay Quliyev seçicilərlə görüş keçirib - FOTO

Deputat Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirib.

Moderator.az xəbər verir ki, Milli Məclisin deputatı Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti 184 ünvanında yerləşən ofisində vətəndaşların növbəti qəbulunu keçirib.

Qəbul zamanı seçicilər yaşadıqları binanın problemlərinin həlli, məşğulluq və əfv məsələləri, habelə ipoteka krediti ilə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. 

Vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib, hər bir müraciət üzrə müvafiq qeydlər aparılıb.

Deputat bütün müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını, aidiyyəti qurumlara müvafiq sorğuların göndəriləcəyini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər