21:48
13°C
Bakı
Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 6 böyüktutumlu "Yutong" markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobuslar aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək.
Ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq.
Qeyd edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır.