Qəbiristanlıqda meyiti tapılan qazi tələbə imiş – Foto
611
15 Apr 2026 | 11:53

Qəbiristanlıqda meyiti tapılan qazi tələbə imiş – Foto

Bir neçə gün əvvəl Sumqayıt şəhərindəki qəbiristanlıqda vəfat edən 1998-ci il təvəllüdlü Ülvi Əlisəfa oğlu Xasayzadə tələbə olub.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt qəbiristanlığından meyit TAPILIB


Bizim.Media xəbər verir ki, o, UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kursunda təhsil alırdı.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Ü.Xasayzadə Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.

Aprelin 11-i saat 11 radələrində şəhərin 76-cı məhəllə ərazisində qeydə alınan ölüm faktlı ilə bağlı araşdırmalar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılır.



Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər