Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq
467
14 Sep 2025 | 16:13

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Sentyabrın 15-dən 19-dək Babək rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində gün ərzində fasilələr olacaq.

“Azərişıq” ASC-dən Bizim.Media-ya verilən məlumata görə, bu müddət ərzində 35/10 kV-luq Cəhri yarımstansiyasından qidalanan 10 kV-luq Cəhri-1, Cəhri-2 və Cəhri-3 hava xətlərində payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçiriləcək.
 

Plan üzrə xətlərə toxunan ağacların kəsilməsi, boş sallanmış naqillərin çəkilərək bərkidilməsi, KTM-lərin (komplekt transformator məntəqələri) təmiri və ətrafının təmizlənməsi işləri görüləcək.


Bununla əlaqədar olaraq, Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər