"Mərc gəlirəm: bu gecə çevriliş olacaq..."- ABŞ səfirliyinin 1-ci katibindən şok iddia...
Araşdırma
Oxunub: 28161
27 Jun 2020 | 14:36
Ötən il tanınmış Amerika araşdırmaçı jurnalistinin Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün  maraqlı olar.

"...Bunlar gözlənilirdi. Gözlənilməyən şey Əliyevin Əbülfəz Elçibəyi “ev sahibi” adlandırması idi. Heydər Əliyevin Mütəllibovun adamlarına ünvanlanmış sonrakı sərt iradı da gözlənilmirdi...

“Axırıncı dəfə mən 1991-ci ilin avqustunda burada -  insanların iradəsinin simvolu olan bu zalda - çıxış etmişdim. O zaman mən 1990-cı ilin dəhşətli hadisələrindən çıxış yolu tapmaq üçün öz köməyimi təklif etmişdim.  Onda mənə məhəl qoymadınız. Mənim səylərimdən ....(etika xatirinə yazmırıq-S.L.) Mütəllibov və Moskva ilə əlaqədə olanlar imtina etdilər. Burada olanların çoxu o zaman da zalda əyləşmişdi. Sizin yadınıza düşər və  mən sizin  yadınıza mənə məhəl qoymamağın nəticələrini salmaq istəyirəm – o zamandan bizim əziz vətənimiz müharibəyə cəlb olunmuşdur, minlərlə şəhidimiz var...”- Heydər Əliyev davam etdi.

Lakin Heydər Əliyev bağışlayandır...

“ Mənim haqqımda çox şeylər deyilib”,- deyə o, tribunada zəhmlə söylədi- Lakin mən bunu səmimi qəlbdən deyirəm: qisas almaq mənim xasiyyətimə xas olan şey deyil. Burada olmuş bir kimsə tərəfindən mənə qarşı ədalətsizlik olubsa, mən onu bağışlamışam və çoxdan unutmuşam...”

Heydər Əliyev faktiki olaraq Azərbaycan cəmiyyətinin hər bir aspektinə toxunduğu üçün onun nitqi 30 dəqiqə davam etdi. Bu, darıxdırıcı deyildi və digər azəri(?-S.L.) dilində  danışanlardan fərqli olaraq onun dili səlis və yığcam olduğundan hamı tərəfindən asanlıqla başa düşülürdü.  Nəhayət, Heydər Əliyev nitqinin sonunda natiqlik məharətini nümayiş etdirərək Azərbaycana ölməz sədaqəti olduğunu bəyan etdi:
“Qoy mənim məqsəd  haqqında sizin heç bir şübhəniz olmasın”- deyə yeni parlament sədri nitqinə davam etdi – Mən Allahın mənim üçün ayırdığı vaxtı Azərbaycanın müstəqilliyini müdafiə etməyə və qanunların, demokratik plüralizimin və ümumbəşəri insan hüquq qaydalarının bərqərar olmasına və bazar iqtisadiyyatının inkişafına həsr edəcəyəm!..”

Filip Remler(ABŞ səfirliyinin 1-ci katibi- S.L.) məni dirsəyi ilə dümsükləyərək göz vurdu. 

Gurultulu alqış sədaları zalı bürüdü və Heydər Əliyev yerinə keçib əyləşənədək sürəklənən alqış səsləri səngimədi...

Bu, Mehmet Əli Bayarın başa çatdırılmış sövdələşməsi idi və bu tamaşa güclü təsir bağışladı...

“Gördün o, kommunistləri necə atdı? Geriyə döndü mənim adamım!..” –deyə Mehmet Əli vurğuladı.

“Hə”,- cavab verdim. 

Balaca bir fasilə verildi və biz bir az təmiz hava almaq  üçün bayıra çıxdıq. Bir az keçmişdi ki, mən yaxınlıqda canlanma olduğunu gördüm. Heydər Əliyev qonağı Əbülfəz Elçibəyi yola salırdı - parlamentdən onu gözləyən Prezident “Mersedes”inə. Mən tələsdim ki, həmin anı çəkim. Lakin gördüyüm mənzərə məni təəccübləndirməkdən çox sarsıtdı:   (etika xatirinə bu cümləni yazmırıq- S.L.)... Onlar arasında heç bir söz mübadiləsi-filan olmadı. Və bir an keçmədi ki, artıq Əbülfəz bəy maşında idi. Heydər Əliyev isə ona təzim edən deputatlar  və kameralarla əhatə olunmuş binaya qayıtdı... 
...Mən “Mersedes”in gülləkeçirməz şüşəsini döydüm: hədsiz dərəcədə özünü itirmiş və tənha görünən Elçibəy diksindi. Sonra yuxarı baxdı, məni və Mehmet Əli Bayarı(Türkiyə səfirliyinin əməkdaşı-S.L.) tanıdı. O, güclə gülümsədi və əllərini qələbə salamı şəklində birləşdirərək bizi salamladı. Bu, bir növ məhbusun dar ağacına aparıldığı zaman mətbuatla vida mərasiminə bənzəyirdi. Elçibəy o dərəcədə təcrid olunmuşdu ki,  onun getməyi artıq heç kəsi maraqlandırmırdı...

“Bu da “şərikli” hakimiyyət”- Mehmet Əliyə belə dedim.

Onun deməyə hazır cavabı yox idi...

Heydər Əliyevin sədr seçilməsindən iki gün sonra Surətin qiyam dəstəsi Bakının 30 kilometrliyində idi. Və yeni spikerin dediyinə görə, onları heç nə dayandıra bilməzdi. “Surət hirslidir” – deyə Heydər Əliyev canlı yayımlanan mətbuat konfransında və ya özünün parlamentdəki yeni tribunasından izah edəcəkdi. “Surət uzaqlara diyirlənən başlardan qane deyil və hələ də Elçibəyin istefa verməsini tələb edir” və daha nələr, nələr...


Maşın karvanları Bakı ilə Gəncə arasında gedib-gəlməkdə davam edir, Surətin məhkəməsində sorğu-suala cavab vermək, onu yola gətirmək, yaxud qiyam iştirakçılarının Bakıya yürüşünü dayandırmaqdan ötrü ona yalvarmaq üçün siyasətlə məşğul olan rəsmiləri aparıb-gətirirdilər. Və bütün bu missiyalar eyni şeylə nəticələnirdi; əvvəl yürüşü dayandırmağa dair razılıq, sonra isə buna əməl etməməklə...

Emissarların “ən uğurlusu” Etibar Məmmədov oldu. O, məsələ üzrə parlament komissiyasının Elçibəyin Gəncə hadisələrindəki “şəxsi günahları” barədə hesabat hazırlayana qədər, yəni bir həftə ərzində yürüşü dayandırmağına Surəti razı sala bildi. Sonra isə o, məcbur olaraq etiraf etdi ki, “Surət günahsızdır” qərarını qəbul etməyə razılıq verməyib. Məntiqə görə, Qarabağda döyüşən bütün azəri(?-S.L.) əsgərlərinin ipə-sapa yatmayan erməniləri tərksilah etmək cəhdlərinə görə məhkəmə qarşısında durmalı olacaqlarına işarə edirdi...

Bu arada Surətin dəliləri Bakıya doğru yürüməkdə davam edirdilər. İyunun 16-da onlar artıq paytaxtın lap girəcəyində idilər. Ən dəhşətlisi o idi ki, sadiq sayıla bilən bütün qoşunlar qiyamçılarla açıq-aydın dostlaşmışıdılar. Şəhərin içində artıq nə qədər qiyamçı var?  Qırğın nə zaman başlayacaq?.. 

Baş verə biləcək potensial  zorakılığa cavab olaraq və Heydər Əliyevə amerikalıların axmaq olmadığına işarə edərək Robert Finn(1992-ci ilin mart ayında ABŞ-ın Bakıda diplomatik missiyasını açmış və üç il həmin missiyaya başçılıq etmiş Amerika diplomatı. Həmin vaxt səfir Riçard Mayls Bakıda yox idi-S.L.) Amerikanın Bakıdakı vətəndaşlarını ölkədən çıxarmaq üçün xüsusi hazırlıq gördü. Onların çoxu neft adamları və onların tabeliyində olanlar idi. Təxirə salınmadan İstanbula, Moskvaya və hətta Qazaxıstana köç başlandı...

Heydər Əliyev təhlükəsizlik məqsədilə təşkil olunmuş yerdəyişmələri şəxsi təhqir kimi qəbul etdi və tələb etdi ki. Finn bunu dayandırsın. 

“Burada sizə qarşı heç bir hərəkət baş verə bilməz!” – deyə Heydər Əliyev Robertin üstünə az qala qışqırırdı - Hər şey mənim tam nəzarətim alıtındadır! Mən sizə şəxsən təminat verirəm!..”

R.Finn: “Sonradan peşman olmaqdansa, təhlükədən uzaq olmağımız yaxşıdır!..”

H.Əliyev: “Neft adamlarını geri qaytarın!”

R.Finn: “Onda qiyamçıları paytaxtdan çıxarın!..”

****  

Xarici jurnalistlərin bir qrupu ilə “Karvansaray” restoranında bir masa arxasında oturub kürü ilə sərin şampan içirdik ki, birdən Filip Remler brifinq keçirmək üçün gəlib çıxdı.
-Bu gecə... - o, çoxmənalı tərzdə gülümsəyərək dedi.
 
-Nə demək istəyirsən?- deyə soruşduq.

-Onu demək istəyirəm ki, mərc gəlirəm: bu gecə çevriliş olacaq...

-Yəqin, daxili məlumatınız var, elə deyil? - başqa bir jurnalist soruşdu.

-Yox, sadəcə olaraq belə bir xəbər var: Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşları Prezident Elçibəyə bildiriblər ki, onlar Surət Hüseynovun yürüşünü dayandırmayacaqlar...

-Biz bunu keçən həftədən bilirdik...

-Bəli, lakin onlar bunu indiyə qədər rəsmi deməmişdilər...

...Cümə axşamı idi – 1993-cü il iyunun 17-i... Mən həmin gecə nə baş verəcəyi fikri ilə getdim yatmağa...”

(Davamı var)

Qeyd : Materialda adları çəkilən, həyatda olan hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq. 

Onu da bir daha xatırladaq ki, Tomas Qoltsun  “Azərbaycan gündəliyi”  kitabının təqdimatı 24 may 2016-cı il tarixdə Azərbaycan Diplomatik Akademiyasında həmin ali məktəbin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla  keçirilmişdir...


Təqdim etdi: Sultan Laçın

Oxşar xəbərlər
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO